Tuk.az — etibarlı usta tap

Ustadan soruşSual ver, usta cavab versinAç

Bakı · 19 usta · etibar balına görə

Funksiyalar

Saytın xəritəsi

Haqqımızda

Etibarlı usta seçimi

Saytın əsas məqsədi keyfiyyətli, məsuliyyətli və peşəkar ustaları fərqləndirmək, müştərilərə isə düzgün seçim etmək imkanı yaratmaqdır.

Sayta daxil olan sifarişçi hər bir usta haqqında ətraflı məlumat əldə edə biləcək: görülən işlər, əvvəlki layihələr, müştəri rəyləri və ümumi reytinq göstəricisi əsasında hansı ustanın daha etibarlı olduğunu müəyyən edə biləcək.

Hər bir usta üçün xüsusi reytinq sistemi yaradılacaq. Bu reytinq aşağıdakı göstəricilər əsasında formalaşacaq:

  • Müştərilərin verdiyi qiymətləndirmələr (1–5 ulduz sistemi)
  • Yazılan real müştəri rəyləri
  • Vaxtında və keyfiyyətli iş təhvil vermə göstəricisi
  • Görülmüş işlərin sayı və təcrübə
  • Əvvəlki işlərdən foto və nümunələr
  • Müştəri məmnuniyyəti səviyyəsi

Beləliklə, yaxşı işləyən və məsuliyyətli ustalar daha yüksək reytinq əldə edərək daha çox sifariş qazanacaq.

Eyni zamanda, keyfiyyətsiz xidmət göstərən, məsuliyyətsiz davranan və mənfi rəyləri çox olan ustalar sistemdə aşağı reytinq alaraq digər ustalardan fərqlənəcək.

Nəticədə sayt sadəcə elan platforması deyil, etibarlı usta seçimi üçün şəffaf reputasiya sistemi olacaq.